Finss.az xəbər verir ki, məşhur Madden NFL və Battlefield video oyunlarının yaradıcısı olan Electronic Arts Inc. Səudiyyə Ərəbistanının iştirakı ilə bir qrup amerikalı investora satıla bilər.
Mənbələrin məlumatına görə, şirkət Səudiyyə Ərəbistanının suveren sərvət fondu (PIF) Silver Lake Management və ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kushnerə məxsus Affinity Partners ilə danışıqlar aparır. Müqavilə bu həftənin əvvəlində elan edilə bilər.
Bu sövdələşmə tarixdə ən böyük leveredli alış ola bilər.